Elektron imza sertifikat sahiblərinin nəzərinə!

Hörmətli Elektron imza sertifikat istifadəçiləri!

Milli Sertifikat Xidmətləri Mərkəzi e-imza sertifikatının istifadə rahatlığını və aktivliyini təmin etmək üçün Kök Mərkəz tərəfindən təqdim edilən yenilənməni kompüterinizə yükləməyinizi xahiş edir.

Qeyd edək ki, MSXM istifadəçilərin rahatlığı üçün sertifikatları mütamadi olaraq e-imza.az saytına yerləşdirir. Sertifikatınızın işlək olması üçün 2017-ci ilə aid olan bu sertifikatı http://e-imza.az/downloads/AZ_e-Government_Authority_(ICA).cer kompüterinizə yükləməlisiniz. Əks halda e-imza sertifikatından istifadə də problem yaranacaq.

İstifadə təlimatı: http://www.eimza.az/uploads/instructions/Kok_Merkez_Sertifikat%C4%B1.pdf

Məlumat üçün bildirək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən e-imza sertifikatları bütün dövlət qurumlarında keçərlidir, onlayn sifariş etmək mümkündür, çatdırılma ödənişsizdir. Həmçinin, “elektron imza”dan istifadə tam pulsuzdur. 1 dəfə ödəniş edib əldə etməklə xidmət haqqı tutulmadan tam ödənişsiz 3 il müddətinə istifadə olunur.

15 Aprel, 2020