Elektron imzanın təhlükəsizliyi ilə bağlı 5 tövsiyə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən tətbiq edilən SİMA Token elektron imzanın təhlükəsizliyinə tam təminat verilir. Bununla belə, mütəxəssislər hesab edirlərki,təhlükəsizliklə bağlı istifadəçinin özündən qaynaqlanan risklər mövcuddur. Bu risklərə, əsasən imza sahiblərinin ehtiyatsızlığıyol açır.
Elektron imzanın təhlükə qarşısında qalmaması üçün tez-tez rastlanılan bir neçə hal var. Virtual təcavüzkarlar bu yollardan istifadə edərək imzanı ələ keçirməyə çalışa bilərlər.
Məsələn, Token sahibi onu ictimai yerdə nəzarətdən kənar qoya və ya itirə bilər. Bu zaman virtual təcavüzkarların işi xeyli asanlaşmış olur.
Başqa hal isə iş yükünü azaltmaq üçün elektron imzanın könüllü olaraq kiməsə verilməsi ola bilər.
Təcrübədə daha çox rast gəlinən hallardan biri də işdən azad olunan əməkdaşa verilən elektron imza sertifikatının ləğv edilməməsi ilə əlaqədardır. Bunun nəticəsində həmin şəxs virtual sferada hələ də həmin müəssisənin əməkdaşı kimiəvvəlkibütün səlahiyyətlərindən istifadə edə bilər.
Bunan başqa, SİMA Token elektron imzadan istifadə edərkən də müəyyən risklər yarana bilər. Bu zaman da imza sahibi bəzi qaydalara əməl etməlidir.
Rəqəmsal təhlükəsizlik ekspertləri potensial risklərlə bağlı 5 əsas məqama xüsusi diqqət yetirilməsini tövsiyə edirlər:
  • Elektron imza üçüncü tərəfə ötürülməməli;
  • PİN zərfdə təqdim edilən sertifikatın parolu gizli saxlanılmalı, yaxud da sahibinin istəyinə uyğun olaraq yenisi ilə əvəzlənməli;
  • İstifadə zərurəti olmadığı halda, imza vasitəsi cihaza qoşulu saxlanılmamalı, yaxud kompüterdən uzaqlaşan zaman ekranı kilidləməli (“Windovs+L”);
  • İmza vasitəsi (Smart kart, USB token) itibsə, dərhal 157 zəng mərkəzi ilə əlaqə saxlanılaraq deaktiv etdirilməli;
  • İşdən azad olunan əməkdaşın e-imza sertifikatını ləğv etmək üçün Müştəri Xidmətləri Mərkəzinə müraciət edilməlidir.
Qeyd edək ki, SİMA Token elektron imza sertifikatı 3 il müddətinə etibarlıdır. Vətəndaşlar, hüquqi şəxslər, sahibkarlar və dövlət qurumunun nümayəndələri e-imza daşıyıcısı əldə etmək üçün digər rəqibləri ilə müqayisədə, daha sərfəli,dahatəhlükəsiz imza vasitəsini e-imza.az saytı üzərindən onlayn sifariş edə bilər.
11 İyun, 2021