Edoc yoxlayıcı

Elektron imza ilə imzalanmış sənədlərin online şəkildə yoxlanılması

Xəta baş verdi.

Sorğunun Nətİcəsİ

Yoxlanan faylın statusu

Edoc yoxlayıcı nədir?

Milli Sertifikat Xidmətləri Mərkəzinin e-imza sertifikatı ilə imzalanmış sənədlər “.edoc” formatında olur.“Edoc yoxlayıcı” adlanan proqram ,“.edoc” formatında olan rəqəmsal sənədlərdə imzanın strukturunun yoxlanılması və sənədlərin nüsxəsini əldə etmək üçün nəzərdə tutulub.Elektron imza ilə imzalanmış sənədin nə zaman, kim tərəfindən və hansı sertifikatla imzalandığını, imzaların yararlı olub olmadığını bu proqramdan istifadə etməklə öyrənmək mümkündür.

Necə istifadə etməli?

Faylı yoxlamaq üçün menyudan “Edoc Yoxlayıcı” bölməsini seçmək lazımdır.Sonra “Faylı seçmək” düyməsi ilə yoxlamaq istədiyiniz “.edoc” formatlı sənədi (elektron imza ilə imzalanmış) yükləyib, “Yoxla” düyməsi ilə əməliyyatı davam etdirin. Fayl yoxlanıldıqdan sonra yoxlama nəticəsi barədə ətraflı məlumat alacaqsınız. İmza yararlı olduğu halda imzalanmış fayllar avtomatik olaraq yüklənəcəkdir.

Təşkilatlar üçün

Xidmət üçün hazırlanmış proqram təminatı açıq servis şəklində yaradılıb. “E-imza” xidmətlərini daxili sistemlərinə inteqrasiya etmiş və ya etmək istəyən təşkilatlar bu servisi proqram təminatlarına əlavə etməklə “Edoc” sənədlərin düzgünlüyünü birbaşa öz sistemlərində yoxlaya bilərlər. Bu proqram təminatı veb texnologiyası əsasında qurulduğu üçün təkcə Windows əməliyyat sistemində deyil, həmçinin Linux və Mac əməliyyat sistemlərində də bu xidmətdən yararlanmaq mümkündür.